Bakı Metropolitenində qatarların hərəkətinin cədvəl üzrə tənzimlənməsi həyata keçirilir

post-img

Qısamüddətli gərginlik düşməsi nəticəsində Bakı metropoliteninin Qırmızı xəttində qatarların hərəkətinin və stansiyalarda aidiyyəti üzrə normativlərə uyğun tənzimləmə işləri aparılır. Bunun nəticəsində xəttin sahələri üzrə qatarların hərəkət intervalında 1 və 2 dəqiqə gecikmələr müşahidə olunub.

"Bakı Metropoliteni" QSC-dən aldığımız məlumata görə, hazırda qatarların hərəkətinin cədvəl üzrə tənzimlənməsi aparılır. Sərnişinlərin və hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə bütün tədbirlər görülüb.

Sosial həyat