Samuxda yaşıllıq aksiyasına hamı qoşuldu…

post-img

Samux rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” və “Təmiz Ölkəm” layihəsi çərçivəsində ümumrayon iməciliyi keçirilib.
Rayonun Ziyadlı kəndində Kür yolunun ətrafında keçirilən aksiyada Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların işçiləri, yerli sakinlər könüllü olaraq iştirak ediblər. 
İməcilikdə əsasən yolun kənarındakı  ağacların ətrafı qurumuş ot və kollardan təmizlənmiş, yeniləri əkilmişdir.
           

Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri.











Sosial həyat