Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir. Səyyar qəbullar - əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə təşkil olunur. Bu baxımdsn Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin yerlərdə keçirdiyi səyyar qəbullar da maraqla qarşılanır.
Rus Borisi kəndində keçirilən növbəti səyyar qəbul da istisna olmadı. Sakinləri dinləyən icra hakimiyyətinin başçısı mövcud problemlərin, o cümlədən təbii qaz, elektrik enerjisi və rabitə təsərrüfatı xətlərinin yenilənməsi, yol məsələlərinin həlli ilə bağlı, müzakirələr apardı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini bildirdi.
Kənd sakinləri görüşdən razı qaldıqlarını bildirdilər, ölkə rəhbərliyinə minnətdarlıq etdilər.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri.