Almaniyanın səfiri Daşkəsəndə

post-img

Səfər çərçivəsində səfir Ralf Horlemann və qonaqlar Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovla görüşüblər. 
Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qonaqlara bölgənin qədim tarixi barədə ətraflı məlumat verilib, rayonun turizm potensialı və inkişaf perspektivləri geniş müzakirə olunub. 
Sonra qonaqlar rayon ərazisində alman memarlıq üslubunda tikilmiş dəmiryol körpüləri, yaşayış binaları, bu bölgədə yaşamış almanların xatirəsinə həsr olunmuş qəbiristanlığı ziyarət edib, rayonun turizm potensialı zəngin olan ərazilərə ekskursiya ediblər.
Səfir Ralf Horlemann və qonaqlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, rayondan xoş təəssüratla ayrılıblar.


            Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Daşkəsən rayonu.





Sosial həyat