Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 18-də ümumi çəkisi 7,8 kiloqrama yaxın narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 102 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Məlumatı DİN mətbuat xidməti verib.
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Şorsulu kənd sakini T.Əhmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 24 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları isə şəhər sakini, əvvəllər məhkum olunmuş B.Hüseynovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 57 ədəd çətənə kolu, 28 ədəd çətənə kolunun hissələri və 450 qram marixuana aşkar ediblər.
Faktlarla bağlı araşdırma aparılır. Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.
P.ƏMİRCANOV
XQ