Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə sakinlərlə səyyar görüş keçirib. Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə parkında keçirilən görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Qəbulda sakinlərin müraciətləri tək-tək dinlənilib. İşlə təminat, mənzil növbəliliyi, maddi yardımın göstərilməsi və digər məsələlər vətəndaş müraciətlərinin əsasını təşkil edib.
Niyazi Bayramov sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq, həll edilməsi üçün qeydiyyata götürülüb.
Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Şəhər rəhbəri qeyd edib ki, cənab Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər bundan sonra da davam etdiriləcək.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri,
Gəncə