FHN daha bir yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb

post-img

Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Binəqədi Çörək” MMC-yə məxsus çörək istehsalı sahəsində yoxlama aparılıb.

XQ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı obyektdə yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirləri işlənib hazırlanmadığı, bəzi sahələri yanğınxəbərverici siqnalizasiya qurğusu ilə təmin olunmaması və quraşdırılmış yanğınxəbərverici siqnalizasiya qurğusu isə işlək vəziyyətdə olmaması aşkar edilib.

Həmçinin məlum olub ki, obyektdə elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, obyekt yanğın su hovuzu ilə təmin edilməyib.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Binəqədi Çörək” MMC-yə məxsus çörək istehsalı sahəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.


Sosial həyat