Böyük Qayıdış proqramına uyğun olaraq Füzuli şəhərinə köçürülən sakinlərin də məşğulluğuna dəstək işləri davam edir. Dövlət Məşğulluq Agentliyi rayonda daha bir qrup şəxsə özünüməşğulluq proqramı çərçivəsində avadanlıq təqdim edib.
Bu texniki vasitələr çatdırılma xidməti, avtoçilingər və poliqrafiya xidmətləri zərflərini əhatə edib. Proqram iştirakçılarına işlərini qurmaq üçün zəruri avadanlıq verilib. Bununla da doğma yurdlarına qayıdanlar üçün yaradılan təsərrüfatların sayı 110-a çatıb.
Z.BƏŞİRQIZI
XQ