Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Qazıqumlaq kənd sakini R.Rüstəmovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu və 9 qram marixuana aşkar olunaraq götürülüb.
Məlumatı DİN mətbuat xidməti yayıb.
Faktla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ