Ermənistanın baş naziri Nikol Paşinyan yeni konstitusiyaya ehtiyac olduğunu bəyan edib, çünki mövcud fundamental qanun vətəndaşlar arasında ciddi sosial və psixoloji gərginliyə səbəb olur. Bu barədə Rusiya KİV-i xəbər verir.
“Mən əminəm ki, ölkəmizin yeni konstitusiyaya ehtiyacı var, çünki ölkə vətəndaşı hesab edir ki, hakim elita bu mətni yaradıb, onun qəbulunu elan edib və faktiki olaraq həyata keçirib. Mövcud fundamental qanun vətəndaşlar arasında ciddi sosial və psixoloji gərginliyə səbəb olur. Hamıya məlumdur ki, bu gün respublika vətəndaşları Ermənistanın mövcud əsas qanununun onların cəmiyyətdə və dövlətdə həyat qaydaları haqqında fikirlərini əks etdirdiyinə inanmırlar”, - Paşinyan Konstitusiya günü ilə bağlı xalqa müraciəti zamanı deyib.
O qeyd edib ki, yeni konstitusiyanın mətni deyil, onun yaradılması və qəbulu üsulu önəmlidir: “Bizə yeni konstitusiya lazımdır ki, xalq onu həm yaratdığı, həm də qəbul etdiyi sənəd kimi qəbul edəcək, mətndə yazılacaq şey Ermənistan xalqının dövlət və onunla münasibətlər haqqında fikirləri olacaq”.
P.ƏMİRCANOV
XQ