Qaçırılmış nəqliyyat vasitəsi Zabratda tapılıb

post-img

Ramana qəsəbəsi ərazisindən “Ravon” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

DİN mətbuat xidmətinin verdiyi məlumata görə, Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil Zabrat qəsəbəsi ərazisində tapılıb. 
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən R.Rəhimov müəyyən edilərək saxlanılıb. 

Araşdırma aparılır. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat