Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Fətəlikənd sakini Ə.Allahverdiyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Məlumatı Dİn mətbuat xidməti yayıb.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları isə Kürqaraqaşlı kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Ələkbərova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ