26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibəti ilə Göygöl Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev, Yeni Azərbaycan Partiyasının Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və müharibə veteranları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Sonra Göygöl şəhər Şəhidlər xiyabanında şəhid məzarlarını ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Rayon rəhbəri şəhid ailələrinin üzvləri ilə görüşüb, problemləri ilə maraqlanıb və qeyd edib ki, 30 ildən çox düşmən tapdağı altında qalan torpaqlarımız məhz Azərbaycan əsgərinin şücaəti, igidlyi, şəhidlərimizin qanı bahasına geri qaytarıldı. Ali Baş Komandanımız , möhtərəm cənab Prezidentimizin rəhbərliyi ilə əldə olunan bu şanlı Qələbə bir daha göstərdi ki, bizim suverenliyimiz, müstəqilliyimiz müqəddəsdir və ona xain gözü ilə baxanların aqibəti yaxşı olmur. Azərbaycan Ordusu kimi ordusu, İlham Əliyev kimi Prezidenti olan xalq xoşbəxtdir.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbir