Dövlət qulluqçularının peşə bayramı Ağstafada qeyd olundu

post-img

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndəri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Seymur Orucov dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edərək bildirib ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin müəllifi olduğu 1995-ci ildə qəbul olunan ilk milli Konstitusiya ölkəmizdə dövlət quruluşunu və idarəçilik prinsiplərini təsbit edir. 2000-ci ildə qəbul olunan “Dövlət qulluğu haqqında” Qanun isə bu sahədə kadr siyasətinin əsas prinsiplərini, dövlət qulluqçularının cəmiyyətdəki yerini, onların hüquq və vəzifələrini müəyyənləşdirdi. Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən 23 iyun – ölkəmizdə dövlət qulluqçularının peşə bayramı günü kimi təsis edilməsi də Ulu Öndərin dövlət qulluğu siyasətinin uğurlu davamının parlaq təzahürüdür. Dövlət qulluğu siyasətinin əsas məqsədi ölkəmizdə səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılmasından, dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsindən, habelə vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsindən ibarətdir. 

Tədbirdə bir qrup dövlət qulluqçusu Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunub.

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri
 

 











Sosial həyat