Göygöl rayonunda tibb İşçilərinin peşə bayramı qeyd olunub

post-img

Göygöl rsyonunda “17 İyun - Səhiyyə İşçilərinin Peşə Bayramı Günü” münasibətilə tədbir keçirilib. 

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq, əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra Mərkəzi Rayon Xəstəxananın akt zalında toplantı olub.

Rayon icra hakimiyyətinin başçısı Elvin Paşayev tibb işçilərini “Peşə Bayramı Günü” münasibətilə təbrik edərək, bu Günün təsis olunmasından, Azərbaycan səhiyyəsində uğurla aparılan islahatlardan, maddi-texniki bazanın təkmilləşdirilməsindən, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərdən və əhalinin dövlət tibb müəssisələrinə olan inamının getdikcə artığından ətraflı məlumat verib.   Həmçinin bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səhiyyəyə göstərdiyi xüsusi diqqət bu sahədə xeyli irəliləyişlərə səbəb olub. Ölkəmizdə tibb müəssisələrinin təmir və bərpası, imtiyazlı şəxslərin pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, uşaqların bütün tibbi xidmətlərlə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların başlıca istiqamətlərini təşkil edir.

Sonra çıxış edən RMX-nın direktoru Vasif Əliyev və baş həkim Vüsalə Qələndərova xəstəxanada aparılan tibbi xidmətdən danışaraq, tibb müəssisəsində yaradılan şəraitə və onlara göstərilən diqqətə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Tədbirin yekununda fərqlənən bir qrup tibb işçisinə fəxri fərmanlar təqdim edilib.

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri, Göygöl rayonu



















Sosial həyat