Qanunsuz saxlanılan odlu silahlar götürülüb

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. 

Məlumatı DİN mətbuat xidməti verib. 

Məlumata görə, iyunun 13-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 tüfəng və 59 ədəd müxtəlif çaplı patron təhvil götürülüb. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat