Samux Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatının birgə təşkilatçılığı ilə partiyanın Samux rayon təşkilatının binasında keçirilən tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. SonraSamux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev yığıncağı açaraq Milli Qurtuluş Günü münasibəti ilə tədbir iştirakçılarını və bütün samuxluları təbrik edib və bildirib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunu bizim üçün çox qiymətli və əzizdir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Ulu öndər - Heydər Əliyevdir.
Ulu öndərin siyasi kursu bu gün Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Bu gün Azərbaycan dünyada söz sahibidir, ölkəmiz tərəqqi və sürətli inkişaf yolundadır. Bu tərəqqi ulu öndər Heydər Əliyev ideyalarının təntənəsidir, möhtərəm Prezidentimiz İlham Əliyevin qayğı və diqqətinin təzahürüdür.
Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən bir qrup şəxs İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərman və hədiyyələrlə təltif edildilib.
Tədbir Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı ilə başa çatıb.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Samux rayonu