Əmək və əhalinin sosial müdafiəsi naziri Xızı rayonunda vətəndaşları qəbul edəcək

post-img

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iyunun 21-də Xızı rayonunda Xızı və Siyəzən rayonlarının sakinlərini qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, vətəndaşlar iyunun 10-dan 12-dək nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Sosial həyat