Samux rayonunda təlim keçirilib

post-img

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyinin Naftalan bölməsinin təşkilatçılığı ilə Samux rayonu Alabaşlı qəsəbəsində "Dayanıqlı İnkişaf Məqsədləri" haqqında təlim təşkil olunub.

Təlim GİKM-in Naftalan bölməsinin və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən Missiya-2030, DİM - Hakaton layihələrin iştirakçısı Əfqan Baxşəliyev tərəfindən həyata keçirilib.

Təlimdə Dayanıqlı İnkişaf Məqsədləri haqqında ümumi məlumat verilib, DİM – 4 Keyfiyyətli təhsil haqqında danışılıb və fikir mübadiləsi aparılıb.

Daha sonra təlim müzakirə formatında  davam edib.

 

XQ





Sosial həyat