Leylək yuvasının sığırçın “qonaqları”

post-img

Bu yaxınlarda aran rayonlarımızdan birində maraqlı hadisənin şahidi oldum. Yol boyu uzanıb gedən yüksəkgərginlikli elektrik dirəklərinin başında çoxsaylı leylək yuvası var idi. Əslində, burada qeyri-adi heç nə yoxdur. Göl, bataqlıq, nəm ərazilərin yaxınlığında meşəlik və ya hündür ağac yoxdursa, leyləklər yuvanı insanların quraşdırdığı texniki vasitələrin üstündə qururlar. Mən bu lövhələri İranda da görmüşəm, İraqda da. 

Ötən ay gördüyüm leylək yuvala­rının fərqi isə o idi ki, az qala bir at arabası qədər tutumu olan çubuq, ağac toplanmış həmin yuvaların ara­sında çoxsaylı xırda quşlar da yuva qurublarmış. Dirəklər yola o qədər də yaxın olmadığına görə pul ödəməyən “kirayənişinlərin” hansı quşlar oldu­ğunu dəqiqləşdirə bilmədim. Yerli sa­kinlərdən biri dedi ki, həmin ərköyün­lüyü sığırçınlar edirlər. Xatırladım ki, sığırçınlar leyləyin yuvasını mənim­səmirlər, onun daşıyıb gətirdiyi ağac­ların arasında özlərinə xas, öz “miq­yaslarında” yuva qururlar. Yəni yuva qurmaq üçün onlar da nə isə daşıyır, deməli, zəhmət çəkirlər. Leylək isə onları nəinki qovmur, heç narahat da eləmir. Hərə öz ailəsinin problemləri ilə məşğuldur. 

“Qanadlı qonşuların” həmin meh­ribanlığını görəndə fikirləşdim ki, biz də nə zamansa gəlmə quşlara öz yu­vamızın ətrafında yaşamaq şansı ver­mişdik. Sonra nə oldu?

Amma, dərhal da fikrimi dəyişdim: Sığırçınlar da erməni deyil ki, yuva­sında sığınacaq tapdığı kimisə qovub oradan çıxaralar. Sığırçın elə şərəfsiz­lik eləməz. 

İttifaq MİRZƏBƏYLİ

Sosial həyat