IDEA “Sevincini bölüş”ür

post-img

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Sevincini bölüş” kampaniyası çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti aksiya keçirilib. 

IDEA-nın təşəbbüsü ilə şəhərin müxtəlif yerlərində qoyulmuş oyuncaq ianə qutularından toplanan istifadəyə ya­rarlı oyuncaqlar həssas qruplardan olan uşaqlara mütəmadi olaraq təqdim edilir. 

IDEA İctimai Birliyindən verilən məlumata görə, “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə təşkil olunan aksiya çərçivəsində həmin qutulara toplanılan oyuncaqlardan ibarət 61 hədiyyə qutusu “Ümid yeri” uşaq sığınacağının azyaşlı sakinlərinə paylanılıb. 

Digər məhsullar kimi, yüksək tələba­ta malik oyuncaqların da tullanması və çürüməsi ətraf mühitə zərərsiz ötüşmür. Bu, həm tullanılan məhsulların çürüməsi zamanı təbiətə buraxılan zəhərli maddə və qazlar, həm də yeni məhsulların isteh­salından irəli gələn zərərlə bağlıdır.

XQ

Sosial həyat