“Sülh göyərçinləri”nin ümidli nəğmələri

post-img

Uşaqların Beynəlxalq Müdafiəsi Günü təkcə bayram deyil, həm də cəmiyyətin sabahın sahiblərinin gələcəyi üçün qlobal məsuliyyət üzərində düşünmək üçün bir məqamdır. Azərbaycan Dövlət Uşaq Filarmoniyası uşaqlar üçün ümid və qorunma rəmzinə çevrilən möhtəşəm “Sülh göyərçinləri” adlı musiqili-xoreoqrafik kompozisiyasını Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində təqdim etdi.

Uşaq Filarmoniyasının direktoru, Əməkdar incəsənət xadimi Dilarə Əliye­vanın təşkilatçılığı və bədii rəhbərliyi ilə baş tutan konsert tamaşaçıların mara­ğına səbəb oldu. Gənc musiqiçilər par­tiyalarını ifa etməklə kifayətlənməyib, öz hekayələrini musiqi və rəqs dili ilə ta­maşaçılara çatdırdılar. Hər bir melodiya uşaq həyatının gözəlliklərinə həsr olun­muşdu.

Səhnəyə göyərçin və qaranquş ob­razlarında çıxan gənc aktyorların ifası xüsusilə yaddaqalan idi. Onların saflıq və səmimiyyət dolu çağırışları diqqət çəkir­di. Konsert proqramında Azərbaycan və dünya xalq mahnıları, klassik və çağdaş bəstəkarların əsərləri də yer alaraq, bədii gecənin palitrasına öz rəngini qatdı. Kon­sertdə enerji və gənclik maksimalizmi ilə dolu müasir kompozisiyalar da yer almış­dı. Bu musiqi nömrələri bir tərəfdən gənc nəslin istək və ümidlərini və onların dün­yada dəyişiklik etmək istəyini əks etdirir, digər tərəfdən uşaqları qorumağın bütün bəşəriyyətin gələcəyinə sərmayə olduğu­nu xatırladırdı.

Konsert bütün iştirakçıların “Uşaqları qoruyaq” mahsını birlikdə ifa etmək üçün səhnəyə çıxdığı möhtəşəm finalla başa çatdı. 

Beləliklə, Uşaq Filarmoniyasının Uşaqların Beynəlxalq Müdafiəsi Günü şərəfinə təşkil etdiyi konsert təkcə mə­dəni tədbir deyil, həm də bütün dünya uşaqlarına qayğı göstərməyin vacibliyini xatırladan bir mesaj oldu. 

Əbülfəz BABAZADƏ









Sosial həyat