Vətəndaşlardan odlu silahlar təhvil götürülüb

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. 

DİN mətbuat xidmətinin yaydığı məlumata görə, mayın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 tapança, 2 tüfəng, 3 patron darağı və 15 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Keçirilmiş əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tüfəng götürülüb. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat