40 yaşdan yuxarı – başda təzyiqin buxarı

post-img

Ömür boyu təzyiq problemindən əziyyət çəkməyən insanda da bəlli yaşdan sonra təzyiq yüksəlməsi başlaya bilər. Çox maraqlıdır ki, kardioloqlar, nev­ropatoloqlar yox, ginekologiya ilə məşğul olanlar bu məsələnin başqa bir səbəbini tapıblar. Məşhur ginekoloq, tibb elmləri namizədi Kamil Bəxtiyarov 40 yaşdan sonra yaranan təzyiq probleminin səbəbini açıqlayıb.

Həkim deyib ki, 40 yaşdan sonra orqanizmdə aktiv hormonal dəyişiklik­lər getdiyindən progesteron və estrogenlər azalır. Bu da həm fizioloji, həm psixoloji dəyişikliklər yaradır, təzyiqin yüksəlməsinə səbəb olur.

Təzyiq vaxtaşırı, qəflətən yüksələ bilir. Tonometrdə 130-dan yuxarı rəqəmlər görünür və ya daimi 140/90-da qala bilir. Bu zaman hormonal qasırğadan əlavə, damarların vəziyyəti də pozulur.

Həkim deyib: “Artıq çəki, depressiya, şəkər, ateroskleroz da bu yaşdan başlayır. Vaxtaşırı yüksək təzyiq sizi narahat etməyə başlayırsa, kardioloq, endokrinoloqun qəbulunda olun. Ümumi qan analizi, dəmir, ferritin, qanda şəkər, xolesterin, lipid, damarların dopleri, TSH, T3 T4 analizlərini verin və USM müayinəsindən keçin”.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat