Səbail rayonu ərazisində Bulvar İdarəsinə məxsus 43 ədəd kanalizasiya quyusunun dəmir barmaqlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub. Xəbəri DİN mətbuat xidməti verib.
Səbail Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətmiş 1985-ci il təvəllüdlü Əfqan Əhmədov saxlanılıb. Ondan oğurladığı dəmir barmaqlıqların bir hissəsi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ