Oktyabrın 2-6-da Adanada TEKNOFEST-2024 keçiriləcək

post-img

Oktyabrın 2-6-da Türkiyənin Adana vilayətində dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı TEKNOFEST keçiriləcək. Bu barədə sosial şəbəkədə TEKNOFEST-in İdarə Heyətinin sədri və T3 Vəqfinin Qəyyumlar Şurasının sədri Səlcuq Bayraktar məlumat verib. Xəbəri “Anadolu” yayıb.  

“TEKNOFEST mövsümü özünü hiss etdirməyə başladı! Oktyabrın 2-dən 6-a kimi bütün ailəmiz Adanada olacaq! Gəlin planlarımızı TEKNOFEST-ə uyğun quraq”, - deyə Bayraktar yazıb.

Bu arada şirkətin açıqlamasında qeyd edilir ki, dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalının təşkilatçıları Türkiyə Texnologiya Komandası Vəqfi (T3) və Türkiyənin Sənaye və Texnologiya Nazirliyidir. Tədbirə Türkiyənin aparıcı texnologiya şirkətləri, ictimaiyyət, media və universitetlər dəstək verəcək.

Şakirpaşa Hava Limanı ərazisində keçiriləcək festivalın proqramına aviaşoular, elmi təcrübələr, maarifləndirici seminarlar, sərgilər, tamaşalar və konsertlər daxildir.

TEKNOFEST-in mükafat fondu 30 milyon türk lirəsi olacaq. Bundan əlavə, 55 milyon türk lirəsindən çox maddi dəstək verilir. TEKNOFEST-2024 çərçivəsində 46 əsas kateqoriya və 117 altkateqoriya üzrə texnoloji yarışların təşkili planlaşdırılır. Yarışda 788 161 komanda və 1 milyon 600 mindən çox iştirakçı iştirak edəcək.

P.ƏMİRCANOV
XQ

Son xəbərlər