Qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti verib. 

Mayın 25-də və 26-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tüfəng, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. 

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də tədbirlər davamlı olaraq həyata keçirilir. Mayın 25-də və 26-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 4 tüfəng, 1 patron darağı və 8 ədəd patron aşkar edilərək götürülüb. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat