“Azərbaycanın müasir ekoloji problemləri və onların həlli yolları konsepsiyası” hazırlanıb

post-img

Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunun direktoru, texnika elmləri doktoru, professor Bəhram Əliyev “Azərbaycanin müasir ekoloji problemləri və onların həlli yolları konsepsiyası”nı hazırlayıb.

Konsepsiyanın məqsədi ətraf mühitin mühafizəsi və qorunması üçün sosial-iqtisadi, mənəvi-ekoloji problemlərin həllinin təminat mexanizmlərinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, ətraf mühitin mühafizəsi və qorunmasında elm və texnologiyanın ən innovativ üsullarından istifadə olunmasıdır.

Konsepsiyanın əsas vəzifələri Azərbaycan Respublikasının müasir ekoloji problemlərinin həllində həyata keçiriləcək işlərin icra mexanizmini formalaşdırmaq, Azərbaycanın və dünya elminin ətraf mühitin mühafizəsi və qorunması sahəsində əldə etdiyi ən son nailiyyətlərdən istifadə edərək, yeni elmi layihələrin işlənib hazırlanmasına nail olmaqdır.

Konsepsiyada ətraf mühitin mühafizəsinin əsas prinsipləri, ekoloji problemlər və onların həlli yolları, konsepsiyanın həyata keçirilməsi üsulları əksini tapıb.

Qeyd olunub ki, Azərbaycanın əsas ekoloji problemləri qlobal iqlim dəyişmələri, torpaqların deqradasiyası (eroziya, şoranlaşma, səhralaşma), ərzaq təhlükəsizliyi, şirin su qıtlığı və başqa məsələlərdir. Konsepsiyada həmin ekoloji problemlərin həlli yolları göstərilib.

Sosial həyat