Bakının 549 küçəsi yuyulub

post-img

Mayın 25-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə təmizlik və abadlıqla bağlı növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyi keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib ki, səhər saatlarından etibarən qurumun kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 549 əsas küçə, prospekt və məhəllədaxili yollarının yuyucu maddələrlə yuyulması təmin edilib, eyni zamanda, genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib, xeyli sayda rəngbərəng güllər əkilib.

Qeyd edək ki, paytaxtın bütün rayonlarını əhatə edən iməcilik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfədir.

Sosial həyat