Pul, mobil telefon və məişət əşyaları oğurlanıb

post-img

Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində evlərin birindən 350 manat pul və 3 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. 

DİN mətbuat xidmətinin məlumatına görə, Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Kotec qəsəbəsində evlərin birindən 4700 manat pul oğurlamaqda şübhəli bilinən A.Quliyev, Ə.Əliyev və Y.İsrafilov müəyyən olunaraq saxlanılıblar.

Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində bir evdən 500 metr naqil, digər bir evdən isə məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ə.Məmmədov saxlanılıb. 
Faktlarla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

Sosial həyat