“Azərpoçt” MMC “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində poçt markaları buraxıb

post-img

İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 25 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.

“Azərpoçt” MMC bu fəaliyyətə töhfə vermək üçün bir sıra tədbir və layihələr həyata keçirir. Bunlardan biri də bir neçə nominalda “Yaşıl dünya naminə həmrəylik ili” mövzulu standart poçt markaları və markalı zərflərin dövriyyəyə buraxılmasıdır.

Marka üzərində alternativ enerji və təkrar emal elementləri əks olunub, marka özü isə flora aləminin rəng simvolu olan yaşıl rəngdə hazırlanıb.

Poçtun istifadəsində olacaq bu markalar, eləcə də zərflər daxili və xarici göndərişlərin istifadəsi üçün nəzərdə tutulub.

Onu da qeyd edək ki, il ərzində bu kimi layihələrin davam etdirilməsi nəzərdə tutulur.



Sosial həyat