Qanunsuz saxlanılan silah-sursatlar götürülüb

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.

DİN mətbuat xidmətinin məlumatına görə, mayın 15-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 2 qumbara, 1 alışdırıcı, 6 tüfəng, 4 patron darağı və 125 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. 

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də tədbirlər davam etdirilib. Mayın 15-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 1 tapança, 2 patron darağı və 4 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat