Quldurluq və soyğunçuluq edənlər ələ keçiblər

post-img

Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 13-də gecə saatlarında şəhər ərazisində bir nəfər şəxsin 200 manatını quldurluq yolu ilə talamaqda şübhəli bilinən Ə.Əliyev və əvvəllər məhkum olunmuş Y.Şirinov müəyyən olunaraq saxlanılıb.

Mayın 12-də isə Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Kimyaçılar qəsəbəsi ərazisində bir nəfər şəxsin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən O.İsmayılov müəyyən olunaraq saxlanılıb.

Bakı sakini olan bir nəfər şəxsdən hədə-qorxu gəlməklə 800 manat pul tələb olunması barədə də polisə məlumat daxil olub. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli bilinən, əvvəllər məhkum olunmuş N.Misirov saxlanılıb. Ondan metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

Sosial həyat