Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.
DİN mətbuat xidmətinin məlumatına görə, mayın 14-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat silahı, 2 tüfəng, 3 patron darağı və 179 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də tədbirlər davamlı olaraq həyata keçirilir. Mayın 14-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança və 1 tüfəng aşkar edilərək götürülüb.
P.ƏMİRCANOV
XQ