Azərbaycanın cənub bölgəsində zəlzələ olub

post-img

Mayın 11-də Lənkəran ərazisində zəlzələ qeydə alınıb.

AZƏRTAC AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadla xəbər verir ki, yerli vaxtla saat 17:23-də qeydə alınan yeraltı təkanların maqnitudası 5.5-ə bərabər olub.

Ocağı 18 kilometr dərinlikdə yerləşən episentrdə 6 bala yaxın, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

Sosial həyat