Kolbasa – salır bizi dərdə, yasa

post-img

Orqanizmə ziyan vuran, bir sıra xəstə­liklərə yol açan zərərli qidalardan danışan­da kolbasa mütləq qeyd edilməlidir. Çünki kolbasa bu gün qida sənayesi, mağaza vit­rinlərində olan ən zərərli qidalardan biri, bəlkə də, birincisidir. 

Endokrinoloq Yelena Medvedyeva deyib ki, əslində, kolbasanın xərçəngə səbəb olması barədə danışmağa ehtiyac yoxdur, çünki bu, tədqiqatlarla artıq sübut olunub. Amma son araşdırmalarla belə aydın olub ki, kolbasanın çox qəbulu həm də ürəyi sıradan çıxara bilər.

Həkimin sözlərinə görə, kolbasada həd­dən artıq çox duz olduğu üçün bədəndə ma­yeni toplayır və damarlarda qanın təzyiqini artırır. Eləcə də, onun tərkibindəki piy, trans­yağlar, müxtəlif qatqı maddələri, hətta isteh­sal prosesinə ciddi riayət edilsə də, qan da­marlarının tutulmasına gətirib çıxarır. 

Kolbasaya qatılan xüsusi dadlandırıcı o qədər güclüdür ki, insan doyma hissini itirir, iştahı artır və o, orqanizminə bilmədən kan­serogenləri toplayır.

Həkim tövsiyə edib ki, belə qidalardan imtina edib yemək üçün təmiz zülal, faydalı yağlar, qoz, balıq və bitkiləri seçmək lazım­dır. 

Z.HÜSEYNLİ
XQ

 

Sosial həyat