İnformasiya mənəvi zəhərə çevriləndə...

post-img

Hazırda elektron cihazlar və sosial şəbəkələrdən qaynaqlanan “Squeezed informasiya zəhərlənməsi, tükənməsi” adlı sindroma geniş rast gəlinir.

Geriatr həkim (Geriatriya yaşlı insanların xəstəliklərini, profilaktika, diaqnostika və rea­bilitasiyanın əsaslarını öyrənən elmdir), sosial ekspert Kirill Proşayev informasiya tükənmə­sinin 5 simptomunu açıqlayıb: fasiləsiz olaraq yeni informasiya axını, xəbər, video və s. axtarışı, təşviş və yuxusuzluq, arterial təzyiqin dəyişməsi, fiziki yorğunluq. 

İlk siqnal fikrin dağınıq olması, gadjet və telefona real həyatdan daha çox diqqət etmək, sosial şəbəkələrdə paylaşalanla­ra kəskin reaksiya, gecə yuxusu əvəzinə telefonla məşğul olmaqdır. Hətta yatarkən yaxınlıqda telefon, televizor səsinin gəlməsi, fon dinləmə və izləmə elektron informasiya axınına bərabərdir, bu da xroniki tükənməni artırır. Hər paylaşılan, yaxud yeni yaranan informasiyaya reaksiya insanda psixoemosi­onal gərginliyi artırır.

Buna görə də rəqəmsal fasilə və gigiye­naya əməl etmək mütləqdir.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat