Yağmursuz və dumanlı

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidromete­orologiya Xidmətinin verdiyi məlumata əsasən, aprelin 26-da Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. 

Gecə 14-17°, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu, nisbi rütubət gecə 50-60, gündüz 40-50 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq əra­zilərdə qısamüddətli az yağıntılı, zəif duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək, bəzi şərq rayonlarında arabir güc­lənəcək. Havanın temperaturu gecə 12-17°, gündüz 26-31°, dağlarda gecə 7-12°, gündüz 15-20° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya