İtmiş gəlincik və Kafkanın hekayəsi

post-img

Heç vaxt evlənməyən və övlad sahi­bi olmayan yazıçı Frans Kafka Berlində parkda gəzərkən ağlayan bir qızla rastla­şır. Ondan ağlamağının səbəbini soruşur. Qızcığaz cavabında kuklasını itirdiyini de­yir. Kafka onunla birgə kuklanı axtarmağa başlayır. 

Lakin axtarışlar nəticə vermir. Kafka qıza “sa­bah yenə bura gəl, kuklanı birlikdə axtaraq” – deyir. Ertəsi gün Kafka hələ də gəlinciyini axtaran qıza “Xahiş edirəm, ağlama. Mən dünyanı gəzmək üçün səfərə çıxdım” sözləri yazılmış bir məktub verir. Ona bu yazıları kuklanın yazdığını deyir. 

Bununla da uzun müddət davam edən hekayə başlayır. Qız kuklanın sərgüzəştləri ilə bağlı mək­tublar almağa başlayır. Bir gün Kafka yenə Berlinə gəlir. Qıza bir kukla alıb gətirir. “Bu ki heç mənim kuklama oxşamır”, – balaca qızcığaz deyir. Kafka bu zaman qıza kuklanın yazdığı başqa bir məktu­bu verir. Məktubda yazılmışdı: “Ola bilsin ki, əvvəlki kimi deyiləm. Səyahətlərim məni dəyişdi”. Qızcığaz kuklanı bağrına basır, sevinə-sevinə evə gedir. Bu görüşdən bir il sonra Kafka vəfat edir. İllər keçir. Artıq yetkin yaşına çatmış qız kuklanın içindən bir məktub tapır. Kafkanın imzası olan məktubu açıb oxuyur: “Çox güman ki, çox şeyi itirəcəksən. Amma sevdiyin şeylər əvvəl-axır cildini dəyişmiş olsa da, geri dönəcək”. 

S.FİDAN
XQ

Sosial həyat