Müqəddəs Ramazan ayı münasibətilə Zaqatala rayonunda iftar süfrəsi açılıb. Rayon icra hakimiyyəti tərəfindən təşkil olunan mərasimdə şəhid ailələrinin üzvləri, müharibə əlilləri, imkansızlar, həmçinin din xadimləri və digər vətəndaşlar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə Ramazan ayında görülməsi vacib olan xeyirxah əməllərdən, savab işlərdən danışılıb, müqəddəs “Qurani-Kərim”dən ayələr, şəhidlərin ruhuna dualar oxunub. Qeyd olunub ki, bu ayda ən böyük ibadətlərdən biri də oruc tutmaqdır. Oruc tutmaq, eləcə də oruc tutanlar üçün iftar süfrəsi açmaq olduqca savab işdir.
İftar süfrəsində çıxış edənlər qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbriklərini çatdırıb, iştirakçılar adından mərasimin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.