Bakıda yanğınların qarşısı alınıb

post-img

Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətinin verdiyi məlumata görə, Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli 9 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb. Yanğın  mühafizə bölmələri tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Xətai rayonunda isə ümumi sahəsi 30 m² olan talvarın taxta atmaları, altına yığılan karton və taxta tullantıları yanıb. Yüksək temperaturdan yaxınlıqdakı “Fiat” markalı minik avtomobilinin 1 ədəd ön farası, buferi və güzgüsü əriyib, 1 qapısı qarsalanıb. Yanğın söndürülüb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı avtoservis yanğından mühafizə olunub. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat