Xankəndidə gizlədilmiş yeni silahlar tapılıb

post-img

Daxili İşlər Nazirliyi Xankəndi şəhəri ərazisində gizlədilmiş silah-sursatların aşkarlanması istiqamətində tədbirlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bununla bağlı nöcbəti ə\məliyyat keçirilib. 

Nəticədə aprelin 4-də polis əməkdaşları Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 2 tüfəng, 5 qumbara,  37 patron darağı, 3148 ədəd müxtəlif çaplı patron, 6 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürüblər.

P.ƏMİRCANOV
XQ

Sosial həyat