Nicat Abasov ilk turda heç-heçə edib

post-img

Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turnirində Azərbaycan təmsilçisi Nicat Abbasov ilk görüşünü keçirib. 

Şahmatçımız 1-ci turda Yan Nepomnyaşi (FIDE) ilə heç-heçə oynayıb. Partiya 34-cü gedişdə başa çatıb.

Qeyd edək ki, aprelin 22-dək davam edəcək yarışda 8 şahmatçı mübarizə aparır. Qalib hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Turnirin ümumi mükafat fondu 500 min avro təşkil edir. 

Leyla QURBANOVA
XQ

İdman