Qanunsuz saxlanılan silah-sursatlar aşkar edilərək götürülüb

post-img

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. 

DİN mətbuat xidmətinin verdiyi məlumata görə, aprelin 4-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 patron darağı və 30 ədəd patron aşkar edilərək götürülüb.

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. Aprelin 4-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 tüfəng təhvil götürülüb. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat