Aprel döyüşləri – unudulmaz rəşadət

post-img

Mingəçevir Şəhər İcra Hakimiyyəti və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə gənclərlə görüş keçirilib. Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbiri şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov açıb. 

İ.İsmayılov bildirib ki, 2016-cı il aprel ayının əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənis­tan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qaldıqdan sonra ordumuz əks hü­cuma keçdi. Bəzi mövqelər düş­məndən azad edildi.

Savaşda 94 nəfər hərbi qul­luqçumuz şəhid oldu. Bu dö­yüşlərdə Mingəçevirdən Teymur Qasımov, Adil Adilzadə, Rüstəm Əhmədov, Rahim Tağıyev şəha­dətə yüksəldilər. 

Tədbirdə Mərkəzi Aran Re­gional Gənclər və İdman İdarəsi­nin rəis müavini Kamal Nəcəfli, şəhid atası Oruc Əhmədov, şəhid anası Gülnarə Abdullayeva, Ap­rel döyüşləri iştirakçısı Ramiz Quliyev və başqaları çıxış edərək Azərbaycanın ərazi bütövlüyü­nün təmin olunmasında qəhrə­manlıq göstərmiş şəhidlərimizin şücaətlərindən danışdılar, xa­tirələrini andılar. 

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Sosial həyat