Mənzildən 18500 manat oğurlanıb

post-img

Paytaxtın Nəsimi rayonunda naməlum şəxsin evdən 18500 manat oğurlaması barədə zərərçəkənin polisə şikayəti daxil olub. Məlumatı DİN mətbuat xidməti verib. 

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törədən Təbriz Əhmədov saxlanılıb. O, ev sahibinin mənzilin qapısını açıq saxlayaraq yuxuya getməsindən istifadə edərək qeyd edilən oğurluq əməlini reallaşdırıb. 

Nəsimi RPİ-nin əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı paytaxt ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Vüqar Həsənov, Fərid İsgəndərov və Gülməmməd Musayev də saxlanılıblar. Həmin şəxslərdən 2 kiloqramdan artıq marixuana, heroin və metamfetamin aşkarlanıb.

P.ƏMİRCANOV
XQ

Sosial həyat