Xankəndidə yeni hərbi sursatlar tapılıb

post-img

Xankəndi şəhəri ərazisindən polis əməkdaşları tərəfindən silah və sursatların aşkarlanması istiqamətində tədbirlər davam etdirilir. Məlumatı DİN mətbuat xidməti verib. 

Məlumata görə, martın 29-da keçirilmiş tədbirlərlə Xankəndi ərazisindən ümumilikdə 5 avtomat silahı, 2 tapança, 1 tüfəng, 11 qumbara, 8 alışdırıcı, 19 patron darağı, 4263 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat