Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti yayıb.
Martın 29-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 3 qumbara, 2 tüfəng, 5 patron darağı və 223 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də tədbirlər davam etdirilib. Martın 29-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd tapança, 2 ədəd müxtəlif markalı tüfəng və 1 patron darağı aşkar edilərək götürülüb.
P.ƏMİRCANOV
XQ