Şəhid övladları üçün bayram tədbirləri təşkil edilib

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişləri ilə şəhid övladları üçün Novruz şənlikləri təşkil edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən XQ-ə verilən məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Salyan, Bərdə, Beyləqan və Tovuzda keçirilən bayram tədbirlərinin məqsədi şəhid övladlarının asudə vaxtlarının səmərəli təşkili olub.

Şənliklərdə ümumilikdə 2 mindən çox şəhid övladı iştirak edib.

Novruz adət-ənənələrinin nümayiş olunduğu tədbirlərdə təqdim edilən şeirlər, musiqi və rəqs nümunələri, həmçinin əyləncəli proqramlar, viktorinalar iştirakçılarda xoş əhval yaradıb.





















Sosial həyat