Prezident Zelenski Danilovu vəzifəsindən azad etdi

post-img

Ukrayna prezidenti Vladimir Zelenski martın 26-da növbəti kadr dəyişikliyi edib. Bu dəfə o, Aleksey Danilovu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsindən azad edib.

“Aleksey Myaçeslavoviç Danilov Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsindən azad edilsin”, - Prezidentin 16/2024 nömrəli sərəncamında deyilir. 

Eyni zamanda, cənab Zelenski Danilovun yerinə Aleksandr Litvinenkonu təyin edib.

General-mayor Litvinenkonun 27 aprel 1972-ci ildə Kiyevdə anadan olduğu bildirilir. 2013-cü ildə Böyük Britaniyanın Kral Müdafiə Elmləri Kollecini (RCDS) bitirib.

Aleksey Danilov işdən çıxarılmasına münasibət bildirib və əvvəllər tutduğu vəzifədə gördüyü işin nəticələrinə yekun vurub: "4 il 5 ay 24 gün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi işləmişəm. Sonadək özümüzü həsr etdiyimiz iş. Utanmadığım günlər. İldırım sürəti ilə uçan saatlar. Taleyə təşəkkür edirəm, mənə sülh və müharibə zamanı ölkəmə və xalqıma xidmət etmək imkanı verdi”.

Danilov Ukrayna prezidentinə göstərdiyi etimada və "ən böyük sınaq və ən böyük yüksəliş məqamında Böyük Tarixin yazılmasında iştirak etmək" imkanına görə təşəkkür edib. 

S.ELAY

XQ

Dünya